SON XƏBƏRLƏR

İran hökumətinin məcburi hicabının yeni qurbanı, Qaşqay türkü Ayaz Kərim

2024.11.09, 10:26
İran hökumətinin məcburi hicabının yeni qurbanı, Qaşqay türkü Ayaz Kərim

Qaşqay türkü Ayaz Kərim məcburi hicab qaydalarının növbəti qurbanı olub

Gunaz.tv

İran Müəllimləri İttifaqının Koordinasiya Şurasının məlumatına görə, bir neçə gün əvvəl Qaşqay yurdun Kazrun şəhristanının Deris kəndində on ikinci sinif şagirdi Ayaz Kərimi zorakılığa məruz qalıb. və qaydalara əməl etmədiyi üçün məktəb direktoru tərəfindən cəza ilə üzləşib.

Bu xəbərə görə, məktəbin direktoru Rəhimi xanım qızı sıxışdırmaq üçün onun qardaşı ilə əlaqə saxlayıb və onu məktəbdən qovub. Ailəsinin və müəllimin təzyiqlərinə dözə bilməyən qız həyatına son qoyub.

Bundan bir neçə gün əvvəl Rukna xəbər agentliyi Əfqanıstandan olan 16 yaşlı tələbə qız Arizə Xavarinin məktəb rəsmilərinin məcburi örtünmə ilə bağlı təzyiqi nəticəsində Tehran şəhərində intihar etdiyini bildirmişdi.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar