SON XƏBƏRLƏR

Türkiyənin Masterşef verilişinin münsiflərinə Traktor forması hədiyyə edilib

2024.11.20, 11:12
Türkiyənin Masterşef verilişinin münsiflərinə Traktor forması hədiyyə edilib

Güney Azərbaycandan olan iştirakçı Şirin Sadıqzadə məşhur "Masterchef Türkiye" proqramının münsiflər heyətinə Azərbaycan Traktor komandasının formasını hədiyyə edib.

Gunaz.tv

“Masterchef Türkiye” proqramı Türkiyənin TV8 kanalında yayımlanır və bu ölkədə ən çox baxılan proqramlardan biridir.

Xanım Sadiqzadə daha əvvəl bu verilişdə Orxon əlifbası ilə “türk” yazısı olan Traktor komandasının forması ilə çıxış etmişdi.

Traktor bir futbol komandasından daha artıqdır və Güney Azərbaycan türklərinin hürriyyət səsidir. Traktor türk dünyasının ən populyar komandalarından biridir və bu komandanın oyunları bütün türk dünyasında həssaslıqla izlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar