SON XƏBƏRLƏR

Təbrizli mədəni fəal məhkəməyə çağırıldı

2024.11.23, 11:09
Təbrizli mədəni fəal məhkəməyə çağırıldı

Təbrizdə yaşayan mədəni fəal və Azərbaycan rəqsi müəllimi Peyman İbrahimi Dinvər Təbriz məhkəməsinin cinayət hökmlərinin icrası bölməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə fəalın yaxınları məlumat yayıb.

Məhkəmənin adı çəkilən bölməsindən göndərilən çağırış məktubunda o, Azərbaycan rəqsi təlim etməklə “ictimai əxlaqa və cəmiyyətin tərbiyə qaydalarına zidd” hərəkət etməkdə günahlandırılıb.

çağırış məktubunda onun 5 gün ərzində məhkəməyə getməsi istənilib və əks təqdirdə məhkəməyə aparılması üçün başqa tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, Peyman İbrahimi 26 avqust 2023-cü ildə Təbrizdə həbsb edilib.

Həbs zamanı ağır şəkildə döyülən mədəni fəal oktyabrın 25-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar