SON XƏBƏRLƏR

İzmirdə Qərbi Azərbaycan İcmasının nümayəndəliyi açılıb

2024.12.14, 10:26
İzmirdə Qərbi Azərbaycan İcmasının nümayəndəliyi açılıb

Açılışda Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin yerli hakimiyyət orqanlarının nümayəndələri və İzmir şəhərində qonaqların iştirak edib.

Gunaz.tv

İzmirin Balçova bölgəsindəki ticarət mərkəzində istifadəyə verilən bu ofisin açılış mərasimində E.Məmmədov ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünü xatırlayaraq, bu gün bu ofisin açılışının xüsusi mənası olduğunu vurğulayıb.

Nümayəndəliyin fəaliyyət istiqamətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla iş sistemini gücləndirmək kimi məsələlər yer alır.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar