SON XƏBƏRLƏR

Xameneinin Ərdəbildəki nümayəndəsi: Suriya həbsxanalarının qorxulu şəkilləri süni intellektlə hazırlanıb!

2024.12.14, 12:31
Xameneinin Ərdəbildəki nümayəndəsi: Suriya həbsxanalarının qorxulu şəkilləri süni intellektlə hazırlanıb!

Ərdəbilin livan əsilli cümə imamı Seyid Həsən Amuli Bəşər Əsəd rejiminin cinayətlərinə bəraət qazandırmaq və İran hökumətinin günahlarını ört-bas məqsədi ilə Suriyadakı həbsxanalardan olan görüntülərinin saxta olduğunu bildirib.

Gunaz.tv

“Suriya həbsxanalarından yayımlanan fotolar süni intellekt tərəfindən hazırlanıb və ya o şəkillər başqa ölkələrdə çəkilib" - deyə Amuli bildirib.

Qeyd edək ki, Həsən Amuli rejimin maraqlarını təmin etmək üçün Tehranın göstərişi ilə kritik anlarda Quzey Azərbaycan və Türkiyəyə qarşı nifrət yayması ilə tanınır. O, İran İnqilab Keşikçiləri Korpusunun Güney Azərbaycandakı əsas üzvlərindən biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar