Günaz TV APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.
Köçürülənlərdən 20 ailə (91 nəfər) Biləsuvar rayonundan, 11 ailə (40 nəfər) Bakı şəhərindən, 2 ailə (5 nəfər) Şirvan şəhərindən, 1 ailə (8 nəfər) Zaqatala rayonundan, 1 ailə (6 nəfər) Cəlilabad rayonundan, 1 ailə (5 nəfər) Şabran rayonundan, 1 ailə (4 nəfər) Mingəçevir şəhərindən, 1 ailə (4 nəfər) Hacıqabul rayonundan, 1 ailə (2 nəfər) Sumqayıt şəhərindəndir.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Xatırladaq ki, bugünkü köçü də nəzərə alınmaqla Cəbrayıl şəhərinə cəmi 326 ailə (1334 nəfər) köçürülüb.
C