SON XƏBƏRLƏR

ETTELAAT-ın "Qaranquş"ları Bakıdan qovuldu

2025.01.16, 10:29
ETTELAAT-ın "Qaranquş"ları Bakıdan qovuldu

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib.

Gunaz.tv

Bu barədə Azərbaycanın məlumatlı sosial media mənbələri faktlar əldə edib.

Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.

Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub. Daha 5 nəfər ölkədən deportasiya edilib.

Qeyd edək ki, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinn (ETTELAAT) əməkdaşlığa cəlb etdiyi qadınlara "Pərəstu" (Qaranquş) deyilir.

"Qaranquş"lardan İrandan xaricdə yaşayan müxaliflər barəsində məlumatların toplanması, xarici ölkə vətəndaşları, xüsusən vəzifəli şəxslərin ələ alınması və şantaj edilməsi əməliyyatlarında istifadə olunur.

Xüsusilə sosial media şəbəkəsində daha çox fəal olan "Qaranquş"lar, bu günə kimi rejimə müxalif bir neçə şəxsin tələyə salınmasında, onların aldadılaraq oğurlanması və İrana aparılmasında əhəmiyyətli rol oynayıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar