NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən Alyansın üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iclasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir sıra görüşlər keçirib.