Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir.
İranın dərin yeraltı obyektləri üçün ABŞ-dan məxfi hazırlıq
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
Tehrana qarşı yeni addım: İranın nüvə işi BMT-yə göndərildi
Peyk görüntüləri: İranda şübhəli nüvə obyektində tikinti sürətlənib
Netanyahu: İran hökumətinin devrilməsinə çox yaxınlaşmışıq
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlanıb
Middle East Eye: Tramp Tehrana razılaşmaya qayıtmayacağını bildirib
SEPAH müharibənin dayandırılması üçün şərtlərini açıqladı
Kəşfiyyat Nazirliyi Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
İranda manat bahalaşmaqda davam edir
İranın Əfqanıstana ixracı 25 faiz azalıb
Sistan və Bəlucistanda "Bəsic" komandiri öldürüldü
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı razılıq var
Xanada din xadimi öldürülüb
Ceyhun Bayramov Mirzoyanla görüşəcək
Almaniya XİN: "Putinlə dialoqa hazırıq"
Cənubi Koreya Hörmüz boğazına görə bölgəyə heyət göndərdi
Təbrizdə rekord qıran “Koroğlu” tamaşası bu dəfə Tehranda səhnəyə qoyulacaq
Pakistan müdafiə nazirinin husilərə xəbərdarlığı: Səudiyyə Ərəbistanına hücum birgə müdafiə paktını işə sala bilər
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
İranın proksi qüvvələri Səudiyyə Ərəbistanına hücuma keçdilər
Yəmən ordusu strateji mövqelər və kəndləri husilərdən geri aldı
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
ABŞ Mahan Air şirkətinə sanksiya tətbiq etdi
İranda sosial media fəalları həbs edilib
Yaponiya və Oman Hörmüz boğazını müzakirə etdilər
İordaniya ordusu İranın 18 raketini zərərsizləşdirib
ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb
KİV: ABŞ-ın İran tankerlərini vurması İranın dünən ABŞ gəmilərini hədəf almasına cavab olub
ABŞ İran neft tankerini vurdu
Rəşt su altında qaldı; insanlar küçələrdə qayıqla hərəkət edir (Video və Foto)
Sel təhlükəsi artır: Güney Azərbaycanda hava kəskin dəyişir
The Economist: İranın Yaxın Şərqdəki proksi qrupları Tehrandan uzaqlaşır
10 min tümənlik benzin; İran rejimi xalqın qəzəbindən təşvişə düşüb (Video)
RT: ABŞ Tehrana yeni təkliflər göndərib
İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək
ABŞ İranın iki aylıq blokada hesabatını açıqladı
Avropa Komissiyası Ukraynanın Patriot istəyini müsbət cavablandırdı
Zelenski sentyabr ayı ərzində Trampla görüşməyi planlaşdırır
İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək
İran pulu ucuzlaşmaqda davam edir
Pakistan husilərin Səudiyyə Ərəbistanında mülki və enerji obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycanda tibb işçilərinin əmək haqları ödənilmir
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.
Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
GünazTV
Netanyahu: İran hökumətinin devrilməsinə çox yaxınlaşmışıq
İranda manat bahalaşmaqda davam edir
Pakistan müdafiə nazirinin husilərə xəbərdarlığı: Səudiyyə Ərəbistanına hücum birgə müdafiə paktını işə sala bilər
İranın proksi qüvvələri Səudiyyə Ərəbistanına hücuma keçdilər
ABŞ Mahan Air şirkətinə sanksiya tətbiq etdi
KİV: ABŞ-ın İran tankerlərini vurması İranın dünən ABŞ gəmilərini hədəf almasına cavab olub
The Economist: İranın Yaxın Şərqdəki proksi qrupları Tehrandan uzaqlaşır
Qərbi Azərbaycanda tibb işçilərinin əmək haqları ödənilmir
Traktor klubunun sözçüsündən İran Futbol Federasiyasına sərt reaksiya
İranda daha on ərəb həbs edildi
Tehran metrosu sığınacaq kimi istifadə üçün hazırlanır — Şəhər Şurasının sədri
İranda məhbuslar yenidən aclq aksiyasına başlayıblar
İranda elektrik kəsintilər qışda da davam edəcək
Fortune: Hətta Müctəba Xamenei də iqtisadi böhrandan dəhşətə gəlib
Hörmüz boğazında gəmi hərəkəti may ayından bəri ən aşağı səviyyəyə düşüb — Reuters
Kanada Hörmüz boğazının açılması səylərini dəstəkləyir
İranda daha 6 iaşə obyekti möhürləndi
İranda son edam statistikası- 1 ayda...
Kərəcdə 15 nəfər həbs edildi
İranda yeni etiraz aksiyaları başlaya bilər- Media
Reuters: ABŞ ara seçkilərindən sonra İrana qarşı hücumları gücləndirə bilər
Azərbaycanda "Çevik" ləqəbi ilə tanınan sosial media yaradıcısı radikal dindarlar tərəfindən döyülüb
İranda məhbuslar yenidən aclq aksiyası keçiriblər
Sarabda bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək öldü
İsrail HƏMAS-ın daxili təhlükəsizlik rəhbərinin Qəzzə şəhərində saxlanıldığını açıqlayıb
İranda narazı iş adamına ağır cəza verildi
İranda daha bir siyasi məhbus edam məhkum edildi
FT: Rusiya İrana supersonik qanadlı raket texnologiyasının hazırlanmasında gizli yardım göstərib
Dollar 220 min tüməni keçdi; Besent: İrandan uzaq durun
Kərəcdə daha 5 bəhai həbs edildi
Kiyevdən sülh danışıqlarında yeni mərhələ
İranda məktəb ləvazimatı yenidən bahalaşdı
BMT Təhlükəsizlik Şurasının prezidenti: İranlılar hakimiyyətin qərarlarının qurbanıdır
Tramp: ABŞ-ın İran müharibəsi üçün demək olar ki, limitsiz sursatı var
İlham Əliyev: Ermənistanın təqdim etdiyi xəritələr dəqiq deyil
Türk dünyasının ortaq gələcəyi müzakirə olunacaq
Hakabi: İran “son dərəcə zəifləmiş vəziyyətdədir”
İranda rejim dəyişikliyi əlçatandır- Netaniyahu