SON XƏBƏRLƏR

Əfqanıstanda yaşayan Azərbaycan əsilli Avşarlar üçün təhsil mərkəzi yaradılıb

2025.01.22, 15:49
Əfqanıstanda yaşayan Azərbaycan əsilli Avşarlar üçün təhsil mərkəzi yaradılıb

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli Avşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Avşar Ulduzu” Tədris Mərkəzi açılıb.

Gunaz.tv

Bu barədə Azərbaycan Respublikasının Əfqanıstandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi ilə yaradılıb.

Kabil şəhərinin Avşar-e-Nənəgçi məntəqəsində yerləşən və qeydiyyatından keçmiş “Avşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılıb.

Mərkəzin sinif və müəllimlər otaqları lazımı avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar