GünazTV Modern.az-a istinadən xəbər verir ki, Bu problemlər müxtəlif formalarda özünü göstərir ki, bunlardan da ən başlıcası dini ayrı-seçkilik müstəvisindədir. Dini ayrı-seçkilik müxtəlif dinlərə mənsub insanların hüquqlarının pozulması, dini dözümsüzlük və radikalizm kimi problemləri özündə ehtiva edir.
Hazırda dünyada müxtəlif dinlərə mənsub insanlar bir yerdə yaşayır, işləyir və sosial münasibətlər qururlar. Bu baxımdan tolerantlıq dinlərarası münaqişələrin və gərginliklərin qarşısını alır, hər bir fərdin dini inanc seçmək azadlığına hörmət edir, fərqli dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirir, cəmiyyətdə dini nifrət və ayrı-seçkiliyin yayılmasına mane olur.
Dini tolerantlığın çatışmazlığı cəmiyyətdə ciddi problemlərə səbəb ola bilər, məsələn, fərqli dinlərə mənsub şəxslərə qarşı ayrı-seçkilik edilməsi, din adı altında nifrət və zorakılığın yayılması, müxtəlif dinlər arasında gərginlik və qarşıdurmaların yaranması, insanların öz dini inanclarını sərbəst ifadə edə bilməməsi və s.
Dini tolerantlığın təmin olunması üçün başlıca məsələlərdən biri də maarifləndirmə və təhsil, tolerantlığı dövlət siyasətinin bir parçası halına gətirmək, dinlərarası dialoq vasitəsilə fərqli dini icmalar arasında sülh və əməkdaşlığı təşviq etməkdir.
Bu müstəvidə Azərbaycanda görülən işlər ölkədə fərqli dinə mənsub insanların rahat şəkildə yaşamasına çox ciddi təsir edir. Belə ki, tolerantlıq dövlət siyasəti səviyyəsinə gələrək, 2016-cı il ölkədə "Multikultralizm ili", 2017-ci il isə "İslam həmrəyliyi ili" elan olunub.
Ş.E






