SON XƏBƏRLƏR

İran prezidentinin keçmiş müşaviri yeni Suriyanı Azərbaycan kimi düşmən olaraq xarakterizə edib.

2025.02.07, 11:10
İran prezidentinin keçmiş müşaviri yeni Suriyanı Azərbaycan kimi düşmən olaraq xarakterizə edib.

İnqilab Keşikçiləri Korpusunun üzvü, və İran prezidenti Həsən Ruhaninin müşaviri Hesaməddin Aşena Ərdoğanla Məhəmməd əl-Şaraa görüşündən narazılığını bildirib və yeni Suriyanı Azərbaycan kimi düşmən olaraq xarakterizə edib.

Gunaz.tv

Bu anti-Türk rəsmi Ərdoğan və Suriya prezidenti Məhəmməd əl-Şaraa arasında Ankarada keçirilən görüşlə bağlı özünün X hesabında yazıb.

“Bu səmimi qarşılanma adi bir mərasimə bənzəmir. Ərdoğan sanki öz övladını qarşılayır; Suriyanı müdafiə edərkən çəkdiyi bütün acılar nəhayət şirin nəticəyə gəldi. Türkiyə ilə Azərbaycan Respublikası arasında münasibət nə olursa olsun, indi Suriya da bizim üçün bir Azərbaycandır.” - deyə o bildirib.

Görünən odur ki, Qarabağda strateji məğlubiyyətini, Azərbaycanın Ermənistana üstün gəlməsini, Suriyada məğlubiyyətini həzm edə bilməyən İran rejimi Türkiyə və Azərbaycana qarşı nifrət yaymağa hələ də davam edir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar