SON XƏBƏRLƏR

Suriyadakı səfirliyimiz fəaliyyətini bərpa edib?

2025.02.13, 13:23
Suriyadakı səfirliyimiz fəaliyyətini bərpa edib?

GünazTV xəbər verir ki, Modern.az məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Gunaz.tv

Suriyada ötən ilin dekabr ayında Bəşər Əsəd rejimi "Təhrir əş-Şam" qruplaşması tərəfindən devrildi. Bundan sonra Türkiyə və Azərbaycan Suriya ilə əlaqələri normallaşdırmağa başladı. Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edərək, həmkarı Ceyhun Bayramovla görüşüb mətbuat konfransı keçirdi. Mətbuat konfransında Ceyhun Bayramov tərəfindən Suriyada səfirliyin bərpasında Azərbaycanın maraqlı olduğu dilə gətirildi. Türkiyə xarici işlər naziri Hakan Fidan isə ölkəsinin bu istiqamətdə Azərbaycana yardım edəcəyini vurğuladı.

 

Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, səfirliyin fəaliyyətinin bərpası istiqamətində işlər aparılır:

"Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyi hələlik fəaliyyətə başlamayıb. Səfirliyin fəaliyyətinin bərpası istiqamətində işlər aparılır".

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar