SON XƏBƏRLƏR

ABŞ qanunsuz miqrantları ölkə daxilindəki hərbi bazalara yerləşdirəcək

2025.02.22, 12:33
ABŞ qanunsuz miqrantları ölkə daxilindəki hərbi bazalara yerləşdirəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası minlərlə qanunsuz miqrantın ölkə daxilindəki hərbi obyektlərdə yerləşdirilməsi planı üzərində işləyir.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, bu barədə “New York Times“ qəzeti məlumat yayıb.

Məlumata görə, Trampın köməkçiləri Texasdakı Fort Bliss hərbi bazasından başlamaq qərarına gəliblər.

Bazanın əsasında yaradılan deportasiya mərkəzi 10 minə qədər qeyri-qanuni immiqrantı qəbul edə biləcək.

Miqrantlar orada ABŞ-dən deportasiya olunmalarını gözləyəcəklər. Nəşr qeyd edir ki, Texas bazası digər hərbi obyektlər üçün nümunə rolunu oynayacaq.

Qəzetin məlumatına görə, qeyri-qanuni mühacirlər üçün belə saxlama mərkəzləri ondan çox ştatda təşkil edilə bilər.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar