SON XƏBƏRLƏR

ATƏT PA Cənubi Qafqazda sülh təşəbbüslərini dəstəkləməyə hazırdır

2025.03.17, 16:01
ATƏT PA Cənubi Qafqazda sülh təşəbbüslərini dəstəkləməyə hazırdır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyası (PA) regional sabitliyə, etimadın gücləndirilməsinə və Cənubi Qafqazda dayanıqlı sülhə töhfə verən təşəbbüsləri dəstəkləməyə hazırdır.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Report"-a ATƏT PA-dan məlumat verilib.

Təşkilatdan qeyd ediblər ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrasa rəsmi Bakı və İrəvan arasında sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır. Eyni zamanda, hər iki tərəfin dialoqa və barışıq prosesinə sadiqliyini yüksək qiymətləndirir.

L.Qrasa hər iki ölkəni bu impulsu inkişaf etdirməyə və konstruktiv işi dərinləşdirməyə çağırıb: "Bu irəliləyiş regionda davamlı sabitlik və sülhə doğru mühüm addımdır".

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar