SON XƏBƏRLƏR

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər

2025.03.18, 12:49
Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər

Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər.

Gunaz.tv

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Quzey Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin martın 19-da Quzey Kipr Türk Cümhuriyyətinin (QKTR) Nikosiya şəhərinə səfəri nəzərdə tutulub.

Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Türk Dünyası Beynəlxalq Novruz Festivalı” adlı silsilə tədbirlərdə iştirak edəcəklər. Silsilə tədbirlərdə iştirak edəcək türk dövlətlərindən olan qonaqlar və QKTR-də təhsil alan əcnəbi tələbələr xalqın qədim adət-ənənələri ilə tanış olacaqlar.

Səfər martın 23-də başa çatacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar