SON XƏBƏRLƏR

Pezeşkian bu ay Azərbaycana səfər edəcək

2025.04.01, 13:23
Pezeşkian bu ay Azərbaycana səfər edəcək

Xəbər verildiyi kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

Gunaz.tv

İran mediası Azərbaycan Respublikasının mətbuatına istinadən səfərin bu ay baş tutacağını yazıb.

Qeyd edək ki, bu, M.Pezeşkianın İran prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar