SON XƏBƏRLƏR

Baş nazir: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin inkişafına təkan verəcək

2025.04.02, 14:15
Baş nazir: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin inkişafına təkan verəcək

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gunaz.tv

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirməsindən məmnunluq ifadə olunub.

Görüşdə Azərbaycan-Çin qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində duran aktual məsələlər və bir sıra konkret istiqamətlər üzrə perspektivli layihələr nəzərdən keçirilib, həmçinin ticarət-iqtisadi, investisiya, yaşıl enerji, nəqliyyat-logistika, rəqəmsal inkişaf və innovativ texnologiyalar, mədəni-humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Baş nazir tətrəfindən Orta dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyəti qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Orta Dəhlizin inkişafına təkan verəcəyi vurğulanıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar