SON XƏBƏRLƏR

Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib”

2025.04.03, 12:06
Nazir: “TAP ilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib”

İndiyə qədər Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, TAP-ın icraçı direktoru Luka Skieppati ilə sərfəli, etibarlı və dayanıqlı enerji təchizatında Cənub Qaz Dəhlizinin strateji rolu, TAP boru kəmərinin genişləndirilməsi, eləcə də metan emissiyalarının azaldılması məsələləri müzakirə edilib.

Xatırladaq ki, 2021-ci ildə aparılan bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək boru kəmərinin illik ötürücülük gücünü 10 milyard kubmetrdən əlavə olaraq 1,2 milyard kubmetr artırmaq öhdəliyi götürüblər.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar