SON XƏBƏRLƏR

Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında sülhün imzalanmasını gözləyir

2025.04.04, 13:03
Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında sülhün imzalanmasını gözləyir

Amerika Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.

Gunaz.tv

Bunu Amerika Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Güney Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi Güney Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq.

"İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Ceykobs bildirib.

O, əlavə edib ki, möhkəm sülh münaqişələr zəncirini qıracaq və Güney Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq:

"Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk".

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar