SON XƏBƏRLƏR

Növbəti köç karvanı Suqovuşana çatıb

2025.04.07, 14:30
Növbəti köç karvanı Suqovuşana çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə yola salınan köç karvanı artıq kəndə çatıb.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, artıq Suqovuşana köçün 3-cü mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür. Sonuncu köç karvanı da daxil olmaqla Suqovuşana ümumilikdə 126 ailənin köçürülməsi təmin edilib.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Növbəti mərhələdə - bu il aprelin 5-də isə kəndə 53 ailə - 174 nəfər köçürülüb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar