SON XƏBƏRLƏR

Xanlar Vəliyev hakim təyin edildi

2025.04.11, 13:28
Xanlar Vəliyev hakim təyin edildi

Milli Məclis keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması barədə qanun layihəsinə baxıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, spiker Sahibə  Qafarova Prezidentin bu barədə təqdimatı barədə məlumat verib.

Deputat Nizami Səfərov qanun layihəsi barədə deputatları məlumatlandırıb. Səsvermədən sonra layihə təsdiqlənib.

Spiker X.Vəliyevi təbrik etdikdən sonra bildirib ki, qanunvericiliyə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimi Milli Məclis qarşısında and içir.

X.Vəliyev and içdikdən sonra deputatlar onu alqışlarla təbrik edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar