SON XƏBƏRLƏR

Rusiyanın kəşfiyyat rəhbəri Bakıda

2025.04.19, 10:54
Rusiyanın kəşfiyyat rəhbəri Bakıda

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Bakıya səfər edib. Səfər çərçivəsində o, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib.

Gunaz.tv

Rusiyanın SVR mətbuat bürosunun məlumatına görə, keçirilən danışıqlarda iki ölkə arasında xüsusi xidmət orqanları xətti üzrə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyi vurğulanıb.

Bəyanatda bildirilir ki, Azərbaycan-Rusiya təhlükəsizlik əməkdaşlığı konstruktiv, qarşılıqlı faydalı və etimada əsaslanan xarakter daşıyır. Tərəflər bu münasibətlərin hər iki ölkənin milli maraqlarının qorunmasına yönəldiyini qeyd ediblər.

Səfərin detalları açıqlanmasa da, regional təhlükəsizlik məsələləri və informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində fikir mübadiləsinin aparıldığı ehtimal olunur.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar