SON XƏBƏRLƏR

Bakıda Ukrayna üçün xeyriyyə aksiyası keçirildi

2025.04.19, 16:36
Bakıda Ukrayna üçün xeyriyyə aksiyası keçirildi

Bakıda “Uşaqlar üçün, gələcək naminə. Ukrayna-Azərbaycan” (For Children for Future UA-AZ) adlı xeyriyyə incəsənət aksiyası təşkil olunub.

Gunaz.tv

Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, həmçinin Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahının nümayəndəsi və “Gələcəyin insanları” layihəsinin rəhbəri Viktoriya Tsımbalyuk iştirak ediblər.

Tədbir çərçivəsində konsert də təşkil olunub. Ukraynanın müxtəlif uşaq vokal müsabiqələrinin laureatları olan gənc ifaçılar, eləcə də müharibədə yaxınlarını itirmiş və hazırda Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqlar səhnəyə çıxıblar.

Bununla yanaşı, tədbirdə tanınmış azərbaycanlı musiqiçilər – "Avroviziya 2011" yarışmasının qalibi Eldar Qasımov, "Avroviziya 2014"-ün finalçısı Dilarə Kazımova və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Sevinc Əsədullayeva da çıxış ediblər.

Tədbirin əsas məqsədi müharibədən zərər çəkmiş uşaqlara dəstək göstərmək, həmçinin Azərbaycan və Ukrayna arasında mədəni və humanitar əlaqələri daha da möhkəmləndirməkdir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar