SON XƏBƏRLƏR

"Digikala" Azərbaycanı düşmən ölkələr siyahısına salıb

2025.04.25, 11:23
"Digikala" Azərbaycanı düşmən ölkələr siyahısına salıb

İranın ən böyük onlayn alış-veriş və satış platforması olan “Digikala” internet saytı Azərbaycan bayrağını Amerika və İsraillə yanaşı düşmən ölkələr sırasına salıb və onun satışını qadağan edib.

Gunaz.tv

Digikala-nın rəsmi səhifəsində yayımlanan görüntüyə görə, internet saytında Amerika, İsrail və Azərbaycan kimi ölkələrin bayrağı olan malların satışı “Satışı qadağan olunan mallar” siyahısında dərc edilib.

Siyahıda “düşmən” ölkələrlə əlaqəli bayraqların və şəxslərin olduğu malların paylaşılmasının və təqdim edilməsinin qadağan edildiyi, bu ölkələrin İran İslam Respublikası sisteminə zidd siyasi məqsədləri olduğu və bu səbəbdən satışının qarşısının alındığı qeyd olunub.

Azərbaycanın adının İŞİD və Taliban kimi qruplarla yanaşı bu siyahıya salınması sosial şəbəkələrdə istifadəçilərin geniş etirazına səbəb olub.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar