SON XƏBƏRLƏR

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub

2025.06.16, 12:47
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu, habelə İsraildəki səfirliyi ölkə vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirir və zəruri tədbirlər görür:

"Bununla əlaqədar, ilkin olaraq, İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir".

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar