SON XƏBƏRLƏR

Xarici vətəndaşların İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir

2025.06.17, 11:27
Xarici vətəndaşların İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir

Xarici vətəndaşların İran İslam Respublikası ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, artıq humanitar keçid 5 gündür ki, yüksək səviyyədə həyata keçirilir.

Qeyd olunub ki, bu ana qədər 600-dən artıq şəxsin Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən rahat keçidi təmin edilib. Təxliyə olunanlar arasında azərbaycanlıların da olduğu siyahıda 17 ölkənin vətəndaşları var.

Bu siyahıda MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan,Qırğızıstan, Tacikistan, Özbəkistan yer alır. Avropa ölkələrinə gəlincə, Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya vətəndaşlarının müraciət əsasında təxliyələri həyata keçirilib.

Vətənlərinə yola salınan əcnəbilər arasında az da olsa, Amerika, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin və Vyetnam vətəndaşları də var. Təxliyə olunanlar İran tərəfində Azərbaycana keçmək üçün yüzlərlə şəxsin növbə gözlədiyini bildiriblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar