GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edilir
Amerika Maliyyə Nazirliyi İranın “kölgə bankçılığına” qarşı sanksiyalar tətbiq edib
Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
Rəşt Şəhər Şurasının üzvündən çağırış- Pezeşkianı da öldürün
Mazandaranda "aşura" hadisəsi- Yaralananlar var
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Qoşaçayda məhbus ictimaiyyət qarşısında asıldı
3 Azərbaycan şəhərinə hava hücumu- İddia
Lavrov Şimali Koreyaya səfər edəcək
Nikol Paşinyan BƏƏ-yə işgüzar səfərə gedir
Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş keçiriləcək
İran rəsmiləri hər gecə yer dəyişirlər - Şahbazı
Təbrizli gənc 20 məhbusu azad edib
12 günlük müharibədən sonra Tehranın şimalında mənzil qiymətləri 30 faiz ucuzlaşıb
Güney Azərbaycanlkı məhbuslar Pezeşkiana müraciət edib
Britaniya və Fransa BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilər
İrana raket verməmişik- Çin səfirliyi
Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir
Əli Xameneinin sosial media hesabının aktivliyi fotomontaj üsulu ilə şişirdilir
Fransa Xarici Kəşfiyyat İdarəsinin rəisi: İranın zənginləşdirilmiş uranın yalnız bir hissəsi məhv edilib
Rusiya Ukrayna ərazisinə rekord sayda dron və raket atıb
Abdullah Öcalan: PKK dövlət qurmaq məqsədindən artıq əl çəkib
İranda silahlı qarşıdurma - Ölənlər var
Tramp: İrana zərbələr dünyaya güclü mesaj oldu
KİV: Tramp Aİ ölkələrində rejim dəyişikliyinə hazırlaşır
Netanyahu ilə görüşün detalları bəlli oldu
Trampın səs yazısı üzə çıxdı: “Moskva və Pekini bombalayacağam!”
KİV: Tramp ticarət müqavilələri bağlamaq üçün rüsumları təxirə salıb
Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal erməninin cəzası daha da ağırlaşdırılıb
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Amerika BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
"Traxur"a yeni məşqçi cəlb edildi
Azərbaycanla Pakistan qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək
Amerika husilərin Qırmızı dənizdə yük daşıyıcılarına hücumlarını pisləyib
Çin Tayvanın səkkiz qurumunu ixrac nəzarəti siyahısına əlavə edib
KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır
Aİ-nin büdcə layihəsinə Ukrayna üçün 100 milyard avro daxil edilib
Amerika KXDR və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib
Ukrayna Aİ-nin Rusiya əleyhinə ən son sanksiyalar paketinə qoşulub
MKİ rəhbəri Ukraynada kimyəvi silahların istifadəsi ilə bağlı Trampa məlumat verməyə hazırdır
İsrail HƏMAS-ın əsas terror təşkilatçısının məhv edildiyini açıqlayıb
Dövlət Departamenti: Amerika Ukraynaya dəstəyini davam etdirəcək
İran hakimiyyətinin Azərbaycanı əsassız yerə ittiham etməsi yeni hadisə deyil, bunu dəfələrlə müşahidə etmişik. Ələlxüsus İslam İnqilabi Keşikçiləri Korpusu (SEPAH) hər fürsətdə ya Azərbaycanı İsrail hərbi bazalarına ev sahibliyi etməkdə ittiham edib, ya mollaların dilindən mənasız hədyanlar səsləndirilib, ya da dizimizin dibində hərbi təlimlər keçirməklə paralel mövqeyimizin əleyhinə bəyanatlar verilib. Həmin SEPAH indi də ölkəmizə qarşı sərsəm bəyanatla çıxış edib, Azərbaycanı İsrailə dəstək verməkdə günahlandırıb. Hətta İran sərhəd komandanlığı qonşu ölkələrdən İrana qarşı öz ərazilərindən gələn düşmənçilik hərəkətlərini dayandırmasını gözlədiklərini bəyan edib.
Düzdür, işin gülməli tərəfi odur ki, İran Azərbaycanı ittiham edirdi ki, ölkəmizdə İsrailin hərbi bazası var, amma Təl-Əvivin Tehrana hücumu zamanı məlum oldu ki, İsrail hərbi bazası Azərbaycanda yox, elə İranda olub. Hücum da ilk olaraq oradan həyata keçirilib. İndi sual yaranır ki, İranda hərbi baza quran İsrail, hücum edən İsrail, hədəf niyə Azərbaycan olsun?
Mövzunu dəyərləndirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə bildirib ki, İran-İsrail münaqişəsi hələ başlamamışdan əvvəl də, təəssüflər olsun ki, İran tərəfi Azərbaycana qarşı xoşagəlməz fikirlər səsləndirib və hətta İsrailin guya hərbi bazalarının Azərbaycanda yerləşməsi ilə bağlı yalan məlumatlar, böhtan xarakterli informasiyalar tirajlanıb:
"Dəfələrlə bununla bağlı Azərbaycanın da mövqeyi olub və konkret olaraq İranda Azərbaycanı bu məsələlərdə ittiham edən tərəflərin əlində heç bir sübut, konkret faktlar olmayıb və ola da bilməz. Çünki belə bir məsələ reallıqda yoxdur və bu, yalnız Azərbaycana qarşı böhtan kampaniyasının tərkib hissəsidir".
"İndi də bu bir həftə ərzində məlum olur ki, əslində, İranın daxilində İsrailin xüsusi xidmət orqanlarına işləyən bir şəbəkə olub. Tehran da öz gözündəki tiri görməyib, başqasının gözündə çöp axtarır. Yəni öz problemlərini həll edə bilməyiblər və hər məsələdə Azərbaycanı ittiham etməyə çalışırlar. Təəssüf ki, bu yanaşma torpaqlarımız işğal altında olan müddətdə də, 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonrakı dönəmdə də gündəmə gəlib. İran Azərbaycana deyil, mühafizə etdiyi islam dininə düşmən kəsilən ermənilərə dəstək verib. Biz də bu məsələləri gündəmə gətirərək, qonşu dövlətlə münasibətlərin pozulmasına rəvac verə biləcək addımlardan çəkinməyə çağırmışıq, özümüz də əks bir addım atmamışıq.
Xüsusi olaraq qeyd eləmək istəyirəm ki, Azərbaycan bütün qonşuları ilə bizə hansı münasibətdə olmalarından asılı olmayaraq, bərabərhüquqlu dostluq və qonşuluq münasibətlərində olmağı üstün tutur. Biz bunu təkcə sözlə deyil, əməldə də dəfələrlə sübut etmişik. Eləcə də İran dövləti ilə. Xüsusilə də İranda bizim 40 milyon nəfərə yaxın soydaşımızın yaşadığını nəzərə alaraq, İrana yönəlik münasibətimiz bu kontekstdə olub - normal münasibətlərin formalaşmasında maraqlı olmuşuq və bu gün də maraqlıyıq", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu cür böhtan xarakterli informasiyalar iki ölkə arasında münasibətlərin pozulmasına yönəlib:
"Azərbaycan heç vaxt imkan verməyib ki, onun ərazisindən hansısa digər dövlətə qarşı mənfi addım üçün istifadə olunsun. Bu, açıq şəkildə də bəyan olunub. Heç bir halda Azərbaycana bu kimi məsələlərdə ləkə atmaq mümkün deyil".
Güney azərbaycanlı siyasi fəal, "GünAz" TV-nin rəhbəri Əhməd Obalı isə açıqlamasında İranın SEPAH-a yaxın mənbələrində yenə də Azərbaycana qarşı ittihamlar səslənməsini qınayıb:
"Bütün bunlar Azərbaycan düşmənçiliyinin davamıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən başqa bir ölkəyə hücum edilməsinə icazə verilmir. Bu, dövlətin rəsmi mövqeyidir. Üstəlik, Azərbaycandan başqa bir ölkəyə heç vaxt hücum da həyata keçirilməyib".
"Ancaq İsrail-İran müharibəsində bir şey bizə məlum oldu ki, Güney Azərbaycan ərazisində İran nə qədər raket, silah-sursat, izləmə radarları yerləşdirib. İsrail bu silahları vurduqca üzə çıxır hamısı. Bəs bu silah-sursat kimə qarşı olub? Hər halda İraqa, Rusiyaya, Ermənistana qarşı olmayıb. Arazın o tayında yerləşdirilən izləmə cihazları ilə kimi izləyiblər? Yəqin ki, İsraili izləməyiblər. Ona görə də bu ittihamları düşmənçiliyin daha bir nümayişi hesab edirəm", - fəal vurğulayıb.
Obalı əlavə edib ki, Azərbaycandan İrana qarşı təsdiqini tapmış heç bir neqativ əməli addım atılmayıb:
"Ona görə də bu ittihamlar səngiməsə, onların özlərinin əleyhinə çevrilə bilər. Bu baxımdan, İran da diqqətli olmalıdır. Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil, ondan ittiham yerinə xahiş etmək lazımdır".
C
Amerika Maliyyə Nazirliyi İranın “kölgə bankçılığına” qarşı sanksiyalar tətbiq edib
Rəşt Şəhər Şurasının üzvündən çağırış- Pezeşkianı da öldürün
Qoşaçayda məhbus ictimaiyyət qarşısında asıldı
3 Azərbaycan şəhərinə hava hücumu- İddia
İran rəsmiləri hər gecə yer dəyişirlər - Şahbazı
Təbrizli gənc 20 məhbusu azad edib
12 günlük müharibədən sonra Tehranın şimalında mənzil qiymətləri 30 faiz ucuzlaşıb
Güney Azərbaycanlkı məhbuslar Pezeşkiana müraciət edib
Britaniya və Fransa BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilər
İrana raket verməmişik- Çin səfirliyi
Əli Xameneinin sosial media hesabının aktivliyi fotomontaj üsulu ilə şişirdilir
Fransa Xarici Kəşfiyyat İdarəsinin rəisi: İranın zənginləşdirilmiş uranın yalnız bir hissəsi məhv edilib
Rusiya Ukrayna ərazisinə rekord sayda dron və raket atıb
Abdullah Öcalan: PKK dövlət qurmaq məqsədindən artıq əl çəkib
İranda silahlı qarşıdurma - Ölənlər var
Tramp: İrana zərbələr dünyaya güclü mesaj oldu
KİV: Tramp Aİ ölkələrində rejim dəyişikliyinə hazırlaşır
Trampın səs yazısı üzə çıxdı: “Moskva və Pekini bombalayacağam!”
Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal erməninin cəzası daha da ağırlaşdırılıb
GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ RƏSMİ BƏYANATI
Həmədanda hökumətə qarşı şüarlar səsləndirildi
Xamənei axtarılır- "Ağa haradasan?"
"Traxtur"un oyunları Azərbaycan Respublikasında yayımlanacaq
İsral-İran münaqişəsində Şərqi Azərbaycanda ölənlərin sayı açıqlandı
"Bəsic" üzvləri iki həmədanlı gənc öldürdü
Azərbaycanlı yazıçı və rejissor Əli Qıpçaq Şahi Sulduzda həbs edilib
İranın 53 şəhərində su çatışmır
Taker Karlsen Məsud Pezeşkiandan müsahibə götürüb
Hökumətin devrilməməsi qələbəmizdir - Səfəvi
Rusiya Pezeşkianın Azərbaycana səfərindən narazıdır - Media
Kəleybərdə milli fəallar dindirilib
Doktor Lətif Həsəninin anasının dəfn mərasimi keçirilib
Amerika və Ukrayna liderləri birgə silah istehsalını müzakirə ediblər
Netaniyahu və Tramp edam edilməlidi- Tehranın cümə imamı
İranda polis etirazçılara atəş açdı - Yaralananlar var
BAEA müfəttişləri İranı tərk etdi
Pezeşkianın Azərbaycana səfəri başa çatıb