SON XƏBƏRLƏR

Pakistanın XİN başçısı Azərbaycana təşəkkür edib

2025.06.20, 12:55
Pakistanın XİN başçısı Azərbaycana təşəkkür edib

Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İrandan təxliyə olunan ölkə vətəndaşlarını qəbul etdiyi üçün Azərbaycana, ölkəmizin Xarici İşlər Nazirliyinə və şəxsən azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, nazir “X” səhifəsində Azərbaycanın hökumət qurumlarına və Astara sərhəd-buraxılış məntəqəsinin əməkdaşlarına da minnətdarlığını çatdırıb.

Onun sözlərinə görə, bu gün Bakıdan havaya qalxan təyyarənin göyərtəsində 125 ölkə vətəndaşı var.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar