SON XƏBƏRLƏR

İrana qarşı "tətik mexanizmi" işə salınmalıdır - Gideon

2025.07.11, 10:03
İrana qarşı "tətik mexanizmi" işə salınmalıdır - Gideon

İnanıram ki, indi Fransa, Britaniya və Almaniyanın İran rejiminə qarşı sanksiyaları geri qaytarmaq üçün tətik mexanizmini işə salmasının vaxtı çatıb.

Gunaz.tv

Bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

İran rejimi və onun rəhbərləri açıq şəkildə yəhudi dövlətini təhdid edib və onu məhv etmək üçün addımlar atıblar. Bu məqsədə çatmaq üçün onlar nüvə silahı axtarırdılar",- nazir əlavə edib.

Saar, İsrailin İrana hücumlarda bu ölkənin nüvə və ballistik raket proqramlarına ciddi ziyan dəydiyini bildirib:

"İranın nüvə proqramı regional və qlobal təhlükəsizliyə ciddi təhdid idi".

Nazir Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda yoxlamalarının davam etdirilməsinin vacibliyini vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar