SON XƏBƏRLƏR

Evin həbsxanasından məhbuslar qaçıb

2025.07.12, 13:29
Evin həbsxanasından məhbuslar qaçıb

İrailin Evin həbsxanasına endirdiyi hava zərbələrindən sonra bir sıra məhbuslar həbsxanadan qaçıb.

Gunaz.tv

Bunu İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir deyib.

O, bununla yanaşı maliyyə cinayətlərinə görə həbs olunan 5 məhbusun da həlak olduğunu bildirib.

Cahangir həbsdən qaçan məhbusların sayı barədə açıqlama verməyib.

Qeyd edək ki, iyunun 23-də İsrail Hərbi Hava Qüvvələri Evin həbsxanasının girişi və inzibati binasını hədəf alıb.

Hücum nəticəsində 70-dən çox məmur, o cümlədən bir neçə prokror, müstəntiq və zabit həlak olub.

Ölənlər arasında iki mülki şəxs və iki sıravı əsgərin də olduğu bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar