SON XƏBƏRLƏR

BTC ilə indiyə qədər 612 milyon tondan çox neft nəql olunub

2025.07.15, 10:49
BTC ilə indiyə qədər 612 milyon tondan çox neft nəql olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən bu il iyulun 1-nə qədər bu kəmər vasitəsilə 612,2 milyon ton neft nəql olunub.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumata görə, bu həcmin 88 %-i Azərbaycan nefti olub.

Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başlayıb.

Qeyd edək ki, boru kəməri 2006-ci il 13 iyul tarixində istismara verilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar