SON XƏBƏRLƏR

KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır

2025.07.18, 19:59
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır

Çin Prezidenti Si Cinpin ölkəsində Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Trampın iştirakı ilə üçtərəfli görüş təşkil etmək niyyətindədir.

Gunaz.tv

Bu barədə “The Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton və Pekin arasında bu yaxınlarda imzalanan ticarət sazişləri Trampın Çinə münasibətinə təsir edib və Amerika Prezidentinin sentyabr sammiti çərçivəsində Si Cinpin və Vladimir Putinlə görüşdə mümkün iştirakı ilə bağlı ehtimallara səbəb olub.

Qeyd edilir ki, belə bir görüşün keçirilməsi ehtimalı var, lakin qəzetin mənbələrinin verdiyi məlumata görə, Tramp bu görüşün Amerika ərazisində keçirilməsini istərdi.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar