SON XƏBƏRLƏR

Rusiya rəsmisi Azərbaycanı düşmən adlandırdı

2025.07.21, 10:17
Rusiya rəsmisi Azərbaycanı düşmən adlandırdı

Rusiya Milli Korrupsiyaya Qarşı Komitəsinin rəhbəri Kirill Kabanov Azərbaycanı “etibarsız müttəfiq” adlandırıb və ölkəmizə qarşı təxribat xarakterli iddialar irəli sürüb.

Gunaz.tv

Bununla bağlı Günaz TV "Yeni Musavat"a istinadən xəbər verir.

Kabanovun bu çıxışı həm diplomatik etika baxımından qəbuledilməzdir, həm də Rusiya-Azərbaycan münasibətlərində süni gərginlik yaratmaq cəhdidir.

Rusiya rəsmisinin Azərbaycanı necə “düşmən” göstərdiyini öz sözləri ilə təqdim edirik:

“Son aylarda Azərbaycan bir sıra düşmən addımlar atıb — diplomatik hücumlardan tutmuş Bakıda Rusiya agentliyi Sputnik-in ofisinə hücuma qədər. Bu fonda Rusiya Azərbaycan diasporaları ilə əlaqəli cinayətkar strukturların nümayəndələrini saxlamaya başlayıb. Bu ölkə və onun rəhbərliyi açıq şəkildə düşmənlərimizi dəstəkləyir, antirusiya mövqe tutur və ilk növbədə London və Ankara tərəfindən idarə olunan antirusiya sisteminin bir hissəsidir”, – deyə Kabanov bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar