SON XƏBƏRLƏR

İran KİV: Azərbaycan və Türkiyə İsrailə yardım üçün Qəzza əsgər göndərib

2025.07.22, 12:19
İran KİV: Azərbaycan və Türkiyə İsrailə yardım üçün Qəzza əsgər göndərib

Eqtased 120 media orqanında “Universitet professoru və beynəlxalq əlaqələr üzrə ekspert” kimi təqdim edilən Dariuş Səfərnejad ilə müsahibənin videosu yayımlanıb. O, bu müsahibəsində iddia edib ki, Qəzza xalqına qarşı döyüşmək üçün İsrailə “rəsmi” olaraq əsgər göndərən 26 ölkə arasında Türkiyə və Azərbaycan da var.

Gunaz.tv

Bu iddiaların tədqiqi göstərir ki, nəinki onları sübut edəcək heç bir rəsmi sənəd, mötəbər hesabat və ya etibarlı media sübutları yoxdur, həm də bu rəvayət mahiyyətcə reallığın qəsdən təhrif edilməsi və mövcud məlumatların saxtalaşdırılmasına əsaslanır.

Qeyd edək ki, Dariuş Səfərnejad İranşəhri hərəkatına bağlı bir fiqurdur. Bu hərəkat təkcə Azərbaycan və Türkiyəni deyil, ölkə daxilində də türk kimliyinə, mədəniyyətinə, dilinə qarşı olan anti-türkçülüyü açıq-aşkar təbliğ edir. Bu hərəkat media vasitələrindən istifadə edərək, akademik adlar altında xəbərləri təhrif etməyə, ictimai şüuru ideoloji və antitürk əhvali-ruhiyyəsinə yönəltməyə çalışır. 

Xatırladaq ki, İranşəhri hərəkatı son illərdə dəfələrlə nağıl uydurmaq və saxta xəbərlər çıxarmaqla İran İslam Respublikasının iki mühüm qonşu ölkə, yəni Türkiyə və Azərbaycanla əlaqələrini pozmağa cəhd edib. Bu hərəkat hətta İranla İsrail arasında 12 günlük müharibə zamanı iddia edirdi ki, Azərbaycan İsrailə İrana hücum etmək üçün öz ərazisini verib.

Lakin İran prezidenti Məsud Pezeşkian bu təbliğatın qarşısında dayanaraq Azərbaycanla münasibətlərin daha da korlanmasının qarşısını alıb. Bu yanaşma İranşəhri hərəkatının Məsud Pezeşkian hökumətinə qarşı ciddi narazılığına və qəzəbinə səbəb olub, bu da medianın və ona qarşı hücuma keçməsinə gətirib çıxarıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar