SON XƏBƏRLƏR

İranlı Radio və Televiziya Eksperti: Türkiyəni zərbə vurmalıyıq!

2025.07.22, 12:27
İranlı Radio və Televiziya Eksperti: Türkiyəni zərbə vurmalıyıq!

İranlı Radio və Televiziya eksperti və Tehran Universitetinin Sosial Araşdırmalar İnstitutunun tədqiqat fakültəsinin üzvü doktor Mehdi Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa və Suriyada qeyri-sabitlik yaratmağa çağırıb.

Gunaz.tv

"Türkiyə (Suriyada) zəfər qazandı və bölgə üzərində hakimiyyətini qurdu. Biz Türkiyəni məğlub etməliyik! Başqa bir bölgədə, qonşularımızdan birində Türkiyənin maraqlarına zərər verməliyik. Suriyada sabitliyin olmaması İran üçün çox mühüm nailiyyətdir! Suriyanın sabitləşməsinə imkan verməməliyik!" - deyə dırnaqarası ekspert bildirib.

O, illərdir Bəşər Əsədin diktaturasına qarşı mübarizə aparan və hazırda Suriyanın beynəlxalq səviyyədə tanınan prezidenti olan Əhməd əl-Şaraanı “qeyri-demokratik” şəxs adlandırır və deyir: “Suriyada hökumət demokratikləşərsə, İrana qarşı olan müqavimət şəbəkəsinə qoşulacaqlar.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar