SON XƏBƏRLƏR

İsrail səfiri: Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynayır

2025.07.25, 13:05
İsrail səfiri: Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynayır

Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynaya bilər və artıq oynayır.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Mən Azərbaycana danışıqların keçirilməsi üçün məkan təmin etdiyinə görə təşəkkür etmək istəyirəm", - deyə o qeyd edib.

"Azərbaycan Türkiyə və İsrailin yaxınlaşmasında mühüm və əsas rol oynayıb. Bakı həmçinin Yaxın Şərqin digər regional məsələlərində, o cümlədən Suriya ilə bağlı da mühüm rol oynayır", - deyə səfir bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın İbrahim sazişlərində, İsrailin digər ölkələrlə vasitəçiliyində və danışıqlarında iştirakı, Bakının regionda inkişaf etdirdiyi nüfuzu və tərəflər arasında münasibətləri yaxşılaşdırdığını simvolizə edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar