SON XƏBƏRLƏR

İran Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb

2025.07.28, 11:54
İran Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb

İran hakimiyyəti Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsini dəstəkləyir.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözüçüsü İsmayıl Bəqai iyulun 28-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İslam Respublikası hər iki ölkəni bu məsələ üzərində işi davam etdirməyə çağırır.

Sözçü qeyd edib ki, İran həmişə nəqliyyat yollarının inkişafını dəstəkləyib və bu, iqtisadi inkişaf baxımından mühüm məsələdir:

“Biz marşrutların genişləndirilməsi ilə razıyıq. Ancaq marşrutların inkişafı regionun geosiyasətində dəyişikliklərə gətirib çıxarmamalıdır. Digər məsələ başqa regionlardan oyunçuların regiona daxil olması məsələsidir ki, bu da regionun inkişafı və təhlükəsizliyi maraqlarına cavab vermir". - deyə Bəqayi bildirib.

Xatırladaq ki, İran Azərbaycan ilə Ermənistan arasında münaqişə davam etdiyi dövrdə Ermənistana işğalı sonlandırmaq üçün heç bir təzyiq göstərməmiş, əksinə yardım etmişdir. Qarabağın azad edilməsi üçün əks-hücum əməliyyatları başlayandan sonra isə yalnız Azərbaycan ordusunun qələbəsinin qələbəsinin qaçılmaz olduğunu gördükdə Azərbaycana dəstəyini ifadə etmişdir.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar