SON XƏBƏRLƏR

Tarixi ədalət arayışında olan çərkəzlər Azərbaycana böyük ümid yeri baxır

2025.08.02, 12:53
Tarixi ədalət arayışında olan çərkəzlər Azərbaycana böyük ümid yeri baxır

“İpək Yol”u Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi çərkəz araşdırmaları ilə əlaqədar tədbirləri davam etdirir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, 2025-ci il iyulun 30-da bu silsilədən növbəti onlayn konfrans baş tutub.

“Çərkəzlərin haqq davası və tarixi ədalət arayışı” adlı toplantıya Amerika, İsrail, Polşa və Türkiyədən çərkəz icmasının tanınmış xadimləri, QHT sədrləri qatılıb.

Konfransda Çar Rusiyası, SSRİ və ondan sonrakı dövrdə çərkəz xalqına qarşı məqsədyönlü kütləvi qətllər və deportasiyalar diqqət mərkəzində olub.

Yekunda konfrans iştirakçıları QHT-lər arasında əməkdaşlığın davam etdirilməsini təqdir ediblər, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinə bu fəaliyyətə görə minnətdarlıq ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar