SON XƏBƏRLƏR

Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir

2025.08.07, 11:32
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə Türkiyədə icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də Amerika, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar