SON XƏBƏRLƏR

İlham Əliyev Albaniya Prezidentini Vaşinqton görüşü barədə məlumatlandırıb

2025.08.12, 12:50
İlham Əliyev Albaniya Prezidentini Vaşinqton görüşü barədə məlumatlandırıb

Albaniya Prezidenti Bayram Beqay avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin Amerika Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlət başçısını təbrik edib. O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Bayram Beqay Amerika Prezidentinin prosesə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlət başçısı regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu vurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmiş sənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub. Prezident İlham Əliyev bu prosesə göstərdiyi dəstəyə görə Amerika Prezidentinin rolunu qeyd edib.

Telefon söhbəti zamanı Azərbaycanın ilə Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar