SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan XİN rəhbərləri Birgə Bəyannamənin icrasını, etimad quruculuğu tədbirlərini müzakirə ediblər

2025.08.12, 19:30
Azərbaycan və Ermənistan XİN rəhbərləri Birgə Bəyannamənin icrasını, etimad quruculuğu tədbirlərini müzakirə ediblər

Avqustun 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar