SON XƏBƏRLƏR

Mənsur Həqiqətpur: Pezeşkiyanın Azərbaycan və Zəngəzurla bağlı fikirləri demaqogiyadır, Pezeşkian pantürkdür

2025.08.15, 13:14
Mənsur Həqiqətpur: Pezeşkiyanın Azərbaycan və Zəngəzurla bağlı fikirləri demaqogiyadır, Pezeşkian pantürkdür

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü və anti-türk cərəyanının lideri Mənsur Həqiqətpur son açıqlamalarında İran prezidenti Məsud Pezeşkian və onun siyasətlərinə hücum edib və onu pantürk adlandırıb.

Gunaz.tv

“Pezeşkiyan Azərbaycanla qohum olduğumuzu söyləməsi və Zəngəzurla bağlı şişirdilmiş iddiaları qəbul etmirəm, deməsi demaqogiyadır. Biz onun və oğlunun ideyalarını qəbul etmirik və Pezeşkianın oğlunun pantürk hərəkatının yanında olduğuna inanırıq.” - deyə Həqiqətpur bildirib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianın "Azərbaycanla münasibətlərin korlanmasına görə onlar yox, biz günahkarıq" deməsindən sonra rejim daxilində ona qarşı hücum və qarayaxma kampaniyası başladılıb. Bəzi şəxslər isə onu təhqir etməkdən, “yeni gəlmiş siyasi əclaf” kmi ifadələrişlətməkdən belə çəkinməyiblər.

1993-cü ildə Birinci Qarabağ Müharibəsi zamanı Mənsur Həqiqətpur İran İnqilab Keşikçiləri Korpusu tərəfindən “hərbi məsləhətçi” kimi Şimali Azərbaycanda yerləşdirilib və guya Azərbaycan ordusunu öyrədib, silahlandırıb, amma əslində İran və Ermənistanın xeyrinə casusluq edib, Azərbaycanın hərbi sirlərini Ermənistana çatdırıb. 1994-cü ildə Azərbaycan Milli Təhlükəsizlik Təşkilatı onu Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs edərək Azərbaycandan qovmuşdu.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar