SON XƏBƏRLƏR

Lukaşenko: İranla geniş spektrli məsələləri müzakirə etməyə hazırıq

2025.08.20, 12:16
Lukaşenko: İranla geniş spektrli məsələləri müzakirə etməyə hazırıq

Belarus İranla ərzaq təhlükəsizliyinin təmin edilməsindən hərbi-texniki əməkdaşlığa qədər geniş spektrli məsələləri müzakirə etməyə hazırdır.

Gunaz.tv

Bunu ölkə Prezidenti Aleksandr Lukaşenko Minskdə iranlı həmkarı Məsud Pezeşkianla danışıqlar zamanı bildirib.

"Belarus və İran arasında qapalı mövzular yoxdur. Biz ölkənizin ərzaq təhlükəsizliyinin təmin edilməsindən hərbi-texniki əməkdaşlığa qədər istənilən məsələni müzakirə etməyə hazırıq", - Lukaşenko qeyd edib.

KİV-in məlumatına görə, prezidentlər ticarət, investisiya və sənaye kooperasiyası sahələrində əməkdaşlığı, elm, texnologiya, təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, həmçinin dövlətlərin Aİİ, ŞƏT, BRİCS, BMT kimi beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar