SON XƏBƏRLƏR

İran heç vaxt nüvə silahına malik olmamalıdır -G7

2025.08.21, 10:49
İran heç vaxt nüvə silahına malik olmamalıdır -G7

G7 nüvə silahlarının yayılmaması qrupu bildirib ki, İslam Respublikası heç vaxt nüvə silahı əldə etməməlidir. Qrup Yaxın Şərqdə davamlı sülh və sabitliyə sadiqliyini vurğulayaraq, Tehranın nüvə proqramı ilə bağlı hərtərəfli, yoxlanıla bilən və qalıcı razılaşma əldə etmək üçün danışıqların bərpasına çağırıb.

Gunaz.tv

Bu, G7 Nüvə Silahlarının Yayılmaması Direktorlarının bəyanatında bildirilib.

"İran hökuməti Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi olaraq qalmalı və nüvə silahı olmayan dövlət kimi öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidir",- bəyanatda qeyd olunub.

G7 həmçinin Tehranı təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dərhal və tam əməkdaşlığı bərpa etməyə, İrandakı bütün nüvə materialları haqqında yoxlanıla bilən məlumatı təqdim etməyə çağırıb.

GüazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar