SON XƏBƏRLƏR

Türkiyənin nəqliyyat naziri: Cümə günü Zəngəzur dəhlizinin Türkiyə hissəsinin təməli qoyulacaq

2025.08.21, 12:00
Türkiyənin nəqliyyat naziri: Cümə günü Zəngəzur dəhlizinin Türkiyə hissəsinin təməli qoyulacaq

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu verdiyi açıqlamada Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin 22 avqust cümə günü təməlqoyma mərasiminin keçiriləcəyini açıqlayıb.

Gunaz.tv

Nazirin sözlərinə görə, xəttin uzunluğu 224 kilometr olacaq. Xəttin illik daşıma qabiliyyəti 5,5 milyon sərnişin və 15 milyon ton yük olacaq.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin bu layihə üçün 2,4 milyon avro ayırdığını bildirən nazir deyib: "Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz fəaliyyət göstərəcək yeni bir dəmir yolu əlaqəsi qurulacaq. Şərqi və Cənub-Şərqi Anadolunun istehsal potensialı da xarici bazarlara daha sürətlə çatacaq."

Uraloğlu, sözügedən xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini qeyd edib, “Türkiyənin logistik imkanları artacaq və Asiyaya uzanan ticarət yollarında ölkənin etibarlı geostrateji mövqeyini gücləndirəcək.” - deyə o bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar