SON XƏBƏRLƏR

Paşinyan: Ermənistan-Amerika birgə şirkəti yola nəzarət etməyəcək, onu idarə edəcək

2025.08.21, 13:14
Paşinyan: Ermənistan-Amerika birgə şirkəti yola nəzarət etməyəcək, onu idarə edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Amerika birgə şirkətinin Zəngəzur dəhlizindən keçəcək yola nəzarəti deyil, onun biznes idarəçiliyini həyata keçirəcəyini bildirib.

Gunaz.tv

Günaz TV APA- ya istinadən xəbər verir ki, bu barədə Paşinyan bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O, dəhlizdən keçən dəmir yolunun İrandan gələn yük maşınlarının hərəkətinə maneə yaratmayacağını qeyd edib.

”Hazırda bizim Rusiya tərəfindən idarə olunan dəmir yolumuz müxtəlif yaşayış məntəqələrindən və yollarından keçir, yüzlərlə keçid nöqtəsi var. Hər hansı bir ölkənin yük maşınları bu dəmir yollarından keçərkən hər hansı bir problem yaşayıbmı? Yox, çünki bu, Ermənistan Respublikasının yurisdiksiyasındakı ərazidir”, - deyə Baş nazir açıqlama verib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar