SON XƏBƏRLƏR

Banqladeş səfiri: İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində də çox müsbət qarşılanır

2025.08.23, 10:55
Banqladeş səfiri: İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində də çox müsbət qarşılanır

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər Asiya ölkələrində də təqdir edilir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Banqladeşin Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib.

Azərbaycanın Asiya ölkələri ilə optimal siyasət yürütdüyünü müşahidə etdiyini vurğulayan səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərdə də bunun şahidi olduğunu qeyd edib:

“Azərbaycanın Asiya ölkələri ilə bağlı siyasəti günü-gündən genişlənir. Prezident İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü təşəbbüslər qitə dövlətlərində çox müsbət qarşılanır”.

Diplomat sonda Banqladeş-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını deyərək ikitərəfli münasibətlərin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar