SON XƏBƏRLƏR

Vilayəti Azərbaycana qarşı mövqe almağa davam edir

2025.08.25, 12:17
Vilayəti Azərbaycana qarşı mövqe almağa davam edir

Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti sosial media paylaşımında Azərbaycana qarşı eyhamlardan istifadə edib.

Gunaz.tv

O, Quranın “Zülqərneyn”lə bağlı ayələrinə toxunaraq və Zülqərneyni Kirlə eyniləşdirərək, Qafqazın qədim zamanlardan İranın “təhlükəsizlik sərhəddi” olduğunu iddia edib.

"Qurani-Kərim, Əllamə Təbatəbai kimi böyük təfsirçilərin Böyük Kir olduğuna inandığı Zülqərneyni tərifləmişdir. Herodotun yazılarına görə, Qafqaz Kirin dövründən bəri həmişə İranın təhlükəsizlik sərhəddi olmuşdur." - deyə o qeyd edib.

Vilayəti illərdir Azərbaycana qarşı sərt mövqeləri ilə tanınsa da, Zəngəzur dəhlizinin açılışı ərəfəsində onun anti-Azərbaycan tonu daha da sərtləşib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar