SON XƏBƏRLƏR

ŞƏT ölkələri enerji əməkdaşlığının inkişafı üzrə yol xəritəsini təsdiqləyib

2025.09.01, 11:44
ŞƏT ölkələri enerji əməkdaşlığının inkişafı üzrə yol xəritəsini təsdiqləyib

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin liderləri 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsini təsdiqləyiblər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilətın Dövlət Başçıları Şurasının 25-ci iclasının yekunları üzrə qəbul edilmiş Tianjin Bəyannaməsində qeyd edilib.

“ŞƏT Dövlət Başçıları Şurasının dayanıqlı enerjinin inkişafı ilə bağlı bəyanatı qəbul edilib və 2030-cu ilə qədər ŞƏT-ə üzv dövlətlərin enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsinə dair yol xəritəsi təsdiq edilib”, - sənəddə deyilir.

Qeyd edək ki, bu gün Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilir. Sammitə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar